Dövlət qurumlarından birinin səlahiyyətləri azaldılıb

Dövlət qurumlarından birinin səlahiyyətləri azaldılıb Nazirlər Kabineti meşə fondunun vəziyyətinə, istifadəsinə, dövlət nəzarətinin həyata keçirilməsi qaydasında dəyişiklər edib
Cəmiyyət
29 Yanvar , 2015 10:18
Dövlət qurumlarından birinin səlahiyyətləri azaldılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edib.

"Report"un xəbərinə görə, dəyişikliyə əsasən, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bәrpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadəni, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarına nəzarəti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən alınıb.

Dəyişiklikdən sonra bu nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi