Venesiya Komissiyası Azərbaycanın "QHT-lər haqqında" qanunu ilə bağlı rəyini təqdim edib

Venesiya Komissiyası Azərbaycanın "QHT-lər haqqında" qanunu ilə bağlı rəyini təqdim edib "Normativ aktlara son zamanlar edilən dəyişikliklər müsbət tendensiyalara səbəb olub"
Cəmiyyət
12 Dekabr , 2014 20:55
Venesiya Komissiyası Azərbaycanın QHT-lər haqqında qanunu ilə bağlı rəyini təqdim edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Avropa Şurası Venesiya Komissiyasının (VK) bu gün öz işinə başlayan 101-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları haqqında” qanunu ilə bağlı rəy qəbul edilib.

"Report" xəbər verir ki, rəydə "QHT-lər haqqında" qanuna və bir sıra digər normativ aktlara ("Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Qrant haqqında" qanunlar, İnzibati Xətalar Məcəlləsi) son zamanlar edilən dəyişikliklərin müsbət tendensiyalara səbəb olduğu bildirilir. Vurğulanır ki, sözügedən dəyişikliklər nəticəsində QHT-lərin inzibati orqanlara və ya məhkəmələrə müraciət etmək hüququna aydınlıq gətirilib.

Rəydə qeyd olunur ki, qanunvericilik aktlarına edilən dəyişikliklərdə VK-nın 2011-ci ildə təqdim etdiyi bir sıra tövsiyələr nəzərə alınmayıb. Məsələn, QHT-lərin qeydiyyatı proseduru lazımi səviyyədə sadələşdirilməyib.

Son xəbərlər

Orphus sistemi