Azərbaycanda Nəcib Məhfuzun “Bildirçin və payız” kitabının təqdimatı olub

Azərbaycanda Nəcib Məhfuzun “Bildirçin və payız” kitabının təqdimatı olub Kitabı dilimizə tərcümə edən Şahin Ələskərov Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif edilib
Cəmiyyət
21 May , 2016 18:17
Azərbaycanda Nəcib Məhfuzun “Bildirçin və payız” kitabının təqdimatı olub

Bakı. 21 may. REPORT.AZ/ Misirin Azərbaycandakı Misir Mədəniyyət Mərkəzində müasir ərəb ədəbiyyatının banisi, Misir yazıçısı, müsəlman yazarlarının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun, Azərbaycanda ilk dəfə işıq üzü görən “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən bildirilib.

Tədbirdə Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Cəlal, İordaniya, Sudan, Mərakeş və Fələstinin Azərbaycandakı səfirləri, BƏƏ səfirliyinin müşaviri, İraqın konsulu, Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, ölkənin elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Mərkəzin dünya ölkələri ilə qurduğu ədəbiyyat mübadilələrindən, gələcək layihələrdən danışıb.

Yazıçının əsərlərini Azərbaycan dilibə tərcümə edən Şahin Ələsgərov O. N.Məhfuzun yaradıcılığı ilə ilkin tanışlığından, kitabın tərcümə prosesinin maraqlı məqamlarından söz açıb.

O, bildirib ki, kitaba yazıçının “Bildirçin və payız” romanı, “Zülmət gecədən işıqlı sabaha” povesti və 14 hekayəsi daxil edilib.

Qeyd edək ki, kitabın ərsəyə gətirilməsində xidmətlərinə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin Xüsusi Diplomu, əsərləri orijinaldan dilimizə tərcümə edən gənc tərcüməçi Şahin Ələskərov isə Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi