SOCAR Azərbaycanda ən yüksək məbləğdə təqaüd verir

SOCAR Azərbaycanda ən yüksək məbləğdə təqaüd verir Rövnəq Abdullayevin sözlərinə görə, tələbələr özləri də təqaüd almaqda maraqlı olmalıdırlar
Cəmiyyət
21 Noyabr , 2014 22:11
SOCAR Azərbaycanda ən yüksək məbləğdə təqaüd verir

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda ən yüksək məbləğdə təqaüd verir. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, tələbələr özləri də təqaüd almaqda maraqlı olmalıdırlar. 

"Təxminən iki il öncə biz 200-dən çox şəxsə təqaüd vermişdik. İndi isə onların sayı 125 nəfərdir. Gərək tələbələr maraqlı olsunlar, imtahanlardan keçə bilsinlər ki, biz də onlara təqaüd verək. Yəqin ki, onlar yaxşı oxuya bilməyiblər və təqaüd ala bilməyiblər. Bu da bizi düşündürməlidir””, - R. Abdullayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi