Sona Vəliyeva: "Bu gün şərq və qərb ölkələrindən Azərbaycana olan hücumlar ailələrimizi zəiflətməyə yönəlib"

Sona Vəliyeva: "Bu gün şərq və qərb ölkələrindən Azərbaycana olan hücumlar ailələrimizi zəiflətməyə yönəlib" "Təklif edirəm ki, ailələrin yeniyetmə uşaqları arasında təbliğat işləri aparılsın"
Cəmiyyət
7 Fevral , 2015 09:54
Sona Vəliyeva: Bu gün şərq və qərb ölkələrindən Azərbaycana olan hücumlar ailələrimizi zəiflətməyə yönəlib

Bakı. 7 fevral. REPORT.AZ/ "Təklif edirəm ki, ailələrin yeniyetmə uşaqları arasında təbliğat işləri aparılsın. Çünki bu çox vacib məsələdir. Bunun üçün məktəblərlə əməkdaşlıq etmək lazımdır. Təbliğat işinin hansı format üzərində qurulması barədə müzakirə aparılmalı və ən azı iki aydan bir deputatlar, tarixçilər, ədəbiyyatçılar, söz və fikir adamları bu mövzunun daha müəkəmməl şəkildə gənclərə təsiredici formada çatdırılmasını təmin etməlidir". "Report" xəbər verir ki, bu fikirləri "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva deyib.

Onun sözlərinə görə, dini ekstremizmə, eləcə də radikallığın təsirinə məruz qalmaq daha çox yeniyetmə yaşlarında başlayır: "Ona görə də təbliğat işinin V-XI sinifləri əhatə etməsi yaxşı olardı. Təbliğat işi mütəmadi şəkildə həyata keçirilməli və bunun üçün məktəblərlə müqavilələr imzalanmalıdır. Bu gün bizə yönələn fikirlərin əsasında ailəni zəiflətmək dayanır. Bu planın üzərində ailələri zəiflətmək üçün düşünülmüş və ağıllı başlar işləyib. Çünki ailələr zəifləyəndə övlad valideynin üzünə duracaq və onları eşitməyəcək. Nəticədə ailə bağları qırılacaq və bu da dünyanın ən böyük problemidir. Ağıllı başlar hələ də düşünür ki, bu qədər çətinliklərə sinə gərən Azərbaycan ailəsi öz möhkəmliyini necə qoruyub saxlaya bilir?! Cavab olaraq deyə bilərəm ki, Azərbaycan ailəsi hər zaman möhkəm olub".

S.Vəliyeva həmçinin qeyd edib ki, bu gün şərq və qərb ölkələrindən Azərbaycana olan hücumlar ailələrimizi zəiflətməyə doğru yönəlib: "Media və təhsil sahəsinin içərisində olan biri kimi deyə bilərəm ki, uşaqların beyni "tez yuyulur". "YuyulMUŞ beynin" yerində toxumu əkmək isə daha asan olur. Bu kimi halların qarşısını almaq üçün də təklifimi qiymətləndirmək lazımdır. Valideynlər bəzən övladlarının öhdəsindən gələ bilmədikləri üçün qan ağlayırlar. Bir faktı da qeyd edim ki, orta təbəqəli olan ailələr uşaqlarını ödənişli təhsil ocaqlarında oxutmaq istəyirlər. Onların övladlarında da belə bir təfəkkür yaranır ki, ödəniş edirəmsə, deməli mənə hər şey etməyə icazə var. Bax, bu mexanizm bəzən valideynlə məktəb arasındakı sərhədi qırır. Bu bağlar qırıldıqda cəmiyyətə hər cür mənfi təsirlər yol alacaq". 

Son xəbərlər

Orphus sistemi