Ramil Usubov: "Azərbaycanda müxtəlif dinlərə və dillərə məxsus xalqlar tolerant mühitdə yaşayır"

Ramil Usubov: "Azərbaycanda müxtəlif dinlərə və dillərə məxsus xalqlar tolerant mühitdə yaşayır" Daxili işlər naziri Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri ilə görüşüb
Cəmiyyət
21 Noyabr , 2014 19:46
Ramil Usubov: Azərbaycanda müxtəlif dinlərə və dillərə məxsus xalqlar tolerant mühitdə yaşayır

Bakı. 21 noyabr. REPORT.AZ/ Daxili işlər naziri general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı R.Usubov deyib ki, Azərbaycanda müxtəlif dinlərə və dillərə məxsus xalqlar əsrlər boyu tolerant bir mühitdə, dostluq və mehribanlıq şəraitində yaşayır: "Bu gün respublika daxili işlər orqanlarının sıralarında həmin millətlərin nümayəndələri də layiqincə xidmət edirlər".

Daha sonra nazir Azərbaycandakı kriminogen durum, sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib. Nazir həmçinin dost və qardaş xalqların mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edən əməkdaşlığın daha da genişlənməsinin vacibliyini bildirib.

G.Dumbadze isə öz növbəsində 2001-2005-ci illərdə Gürcüstanın Azərbaycandakı səfirliyində müşavir kimi fəaliyyət göstərdiyini xatırladaraq, mərhum prezident Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın, o cümlədən paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və dinamik templə inkişaf etdiyini məmnunluqla qeyd edib.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Son xəbərlər

Orphus sistemi