Ramil Usubov 33 gənci polis orqanlarında müxtəlif vəzifələrə təyin edib

Ramil Usubov 33 gənci polis orqanlarında müxtəlif vəzifələrə təyin edib Nazir onlara xidməti fəaliyyətlərində polisin adını daima uca tutmağı tövsiyə edib
Cəmiyyət
14 Noyabr , 2014 19:36
Ramil Usubov 33 gənci polis orqanlarında müxtəlif vəzifələrə təyin edib
Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Zabit vəzifələrinə təyin olunmaları münasibətilə qalibləri təbrik edən nazir onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.

R.Usubov gənc əməkdaşlara xidməti fəaliyyətdə polisin adını daima uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını, eyni zamanda bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edib.

Qeyd edək ki, daxili işlər orqanlarında xidmətə qəbul üçün respublikanın müxtəlif şəhər və rayonlarından olan 134 nəfər müraciət edib: "Onlardan müəyyən olunmuş tələblərə cavab verən 55 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, imtahanlarda 100 mümkün baldan 65 və daha çox bal toplamış 33 gənc sınaqdan uğurla çıxıb. İmtahanları müvəffəqiyyətlə vermiş həmin gənclərin xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb və onlar respublikanın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər.

Son xəbərlər

Orphus sistemi