Azərbaycanda ötən il xarici vətəndaşlarla nikaha girən qadın və kişilərin sayı açıqlanıb

Azərbaycanda ötən il xarici vətəndaşlarla nikaha girən qadın və kişilərin sayı açıqlanıb Xarici ölkə vətəndaşı ilə nikaha girən qadınların sayında azalma qeydə alınıb
Cəmiyyət
7 İyun , 2016 20:21
Azərbaycanda ötən il xarici vətəndaşlarla nikaha girən qadın və kişilərin sayı açıqlanıb

Bakı. 7 iyun. REPORT.AZ/ Ötən il 1291 Azərbaycan vətəndaşı olan qadın ilə xarici ölkə vətəndaşı olan kişi arasında nikah bağlanıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Eyni zamanda, ötən il 1281 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha daxil olub. Ötən il qeydə alınan nikahların sayı 68,8 min olub.

Ümumilikdə isə 2014-cü ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 84,9 min nikaha daxilolma halları qeydə alınıb ki, onlardan 1635-i Azərbaycan vətəndaşı olan qadınla xarici ölkə vətəndaşı olan kişinin nikahı olub. Həmin il ölkədə 1499 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha girib. 

Son xəbərlər

Orphus sistemi