Mingəçevir şəhərində yol polisi reyd keçirib

Mingəçevir şəhərində yol polisi reyd keçirib Qayda pozan sürücülər cərimələniblər
Cəmiyyət
25 İyul , 2017 08:54
Mingəçevir şəhərində yol polisi reyd keçirib

Mingəçevir. 25 iyul. REPORT.AZ/ Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri maşınlarını fərqli formaya salan, bundan başqa görməni məhdudlaşdıran kustar üsulla hazırlanan pərdədən istifadə edən, o cümlədən yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.

Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərmələrini ödəməyən sürücülərdə aşkarlanıb.

Reyddə qanunu pozan sürücülərlə Dövlət Yol Polisi əməkdaşları arasında mübahisələr də yaranıb. Hətda bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişərək şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar. Ümumiyyətlə şəhərin müxtəlif hissələrində 3 saata yaxın davam edən yoxlamalar zamanı 30-a yaxın sürücüyə inzibati pratokol tərtib olunub və xəbərdarlıq edilib.

Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərmələniblər.

Mingəçevir Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reydlər mütamadi olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi