Yuxarı
    Bağlamaq

    HUMAN Foundation 3-cü Beynəlxalq "Youth to Youth" sammitində iştirak edib - FOTO

    Sammit Sosial innovasiyalar yaradan gənclər və İnformasiya və Kommunikasiya vasitələri ilə davamlı gələcək yaratmaq haqqında mövzuları əhatə edib

    Bakı. 23 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Youth to Youth İnitiative" (Gəncdən gəncə təşəbbüs) və "GADHA Initiatives Group for Youth" (GADHA gənclər üçün təşəbbüslər qrupu) birgə təşkilatçılığı ilə “3-cü Beynəlxalq Youth to Youth Dubai Sammiti” baş tutub.

    "Report"un xəbərinə görə, bu il ilk dəfə olaraq Human Foundation da sammitin əməkdaşı qismində tədbirdə iştirak edib.

    Sammit Sosial innovasiyalar yaradan gənclər və İnformasiya və Kommunikasiya vasitələri ilə davamlı gələcək yaratmaq haqqında mövzuları əhatə edib. Sammit 150 beynəlxalq və 50 yerli gənc liderləri, eləcə də məhsuldar danışıqlarda iştirak edərək həlli yolları tapmaq və gələcək əməkdaşlıqların təşviqi üçün çalışan 30-dan artıq natiq və yüksək reytinqli nümayəndələri birləşdirib.

    Youth to Youth İnitiative sammitində HUMAN Foundation Azərbaycanda keçirdiyi və planlaşdırılan beynəlxalq layihələr haqqında məlumat verib. HUMAN Foundation yaradıcısı və hazırki direktoru Fəridə Əsgərzadə və layihələr üzrə kordinatoru Nərgiz Əsgərovanın sözlərinə görə sammitdə yeni layihələr təşkil etmək üçün əməkdaşlıqlara imza atılıb.

    HUMAN Foundation 2016-cı ildə Azərbaycanda yaradılan beynəlxalq sosial platformadır. Onun keçirdiyi layihələr sırasında “Sən bacararsan (YOU CAN)”, “Human Woman”, "Life Guide" Mentorluq proqramı, HUMAN Sağlamlıq, HUMAN Deaf community, HUMAN İnterfaith və s. layihələrin adlarını çəkmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi