Ədliyyə Nazirliyi son beş ildə uşaqlara ən çox qoyulan adların siyahısını açıqlayıb

Ədliyyə Nazirliyi son beş ildə uşaqlara ən çox qoyulan adların siyahısını açıqlayıb Azərbaycanda doğulan 17468 oğlan uşağına Yusif, 11815-nə Əli, 7655-nə Ömər, 7520-nə isə Məhəmməd adı verilib
Cəmiyyət
252
11 May , 2016 13:21
Ədliyyə Nazirliyi son beş ildə uşaqlara ən çox qoyulan adların siyahısını açıqlayıb

Bakı. 11 may. REPORT.AZ/ Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 17468-nə Yusif, 11815-nə Əli, 7655-nə Ömər, 7520-nə isə Məhəmməd adı verilib.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə doğulan qız uşaqlarından 16715-nə Zəhra adı qoyulub. 

Qız uşaqlarından 12736-nə Nuray, 12045-nə Fatimə, 7885-nə Zeynəb, 7978-nə Ayan, 6211-nə Xədicə, 4203-nə isə Dəniz adı verilib.

Bundan başqa qız uşaqlarına verilən adlar arasında Yağmur (3667), İnci (2837), Əsma (2319), Banu (1902), kimi adlar üstünlük təşkil edib.

Oğlan uşaqlarına qoyulan adlar arasında isə Uğur (4269), Tunar (3667), Ümid (3143), Raul (1667), Murad (7296), Ayxan (5312), Kənan (4714) kimi adlar daha çoxdur.  

Son xəbərlər

Orphus sistemi