​Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

​Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub Tədbir zamanı tələbələrimiz musiqi proqramı ilə çıxış ediblər
Cəmiyyət
29 Dekabr , 2014 01:08
​Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Dekabrın 28-də Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, Gürkent mehmanxanasında təşkil olunan tədbirdə çox sayda diaspor nümayəndəmiz, elm və incəsənət xadimləri, Ankarada təhsil alan tələbələrimiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və səfirliyimizin əməkdaşları iştirak ediblər.

Tədbirdə səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova çıxış edib. O, Azərbaycan və Türkiyə kimi iki qardaş dövlətin xalqlarının dünyada bənzərsiz yaxınlığından və bu kimi tədbirlərin keçirilməsinin yüksək mədəni səviyyəmizin geniş kütlələrə çatdırılmasının əhəmiyyətindən geniş şəkildə söz açıb. N.Nəsibova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciəti oxuyub.

Ardından bir qrup aktiv tələbələrimizə təşəkkürnamə təqdim edilib. Tədbir zamanı tələbələrimiz tərəfindən hazırlanmış musiqi proqramı nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçılarına ziyafət təşkil olunub.

Son xəbərlər

Orphus sistemi