​Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

​Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib Əcnəbi ekspert: "Azərbaycan modelinin dünyada yayılmasına ehtiyac var"
Cəmiyyət
6 İyun , 2016 20:34
​Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli koordinatoru Alessandro Biançi ilə görüş keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Mədəniyyət sektorunun idarəedilməsində və mədəni irsin qorunmasında ən qabaqcıl təcrübəyə yiyələnmək üçün Azərbaycana dəstək göstərilməsi məqsədilə həyata keçirilən layihənin ekspertləri layihə haqqında Dövlət Komitəsinin nümayəndələrinə geniş məlumat veriblər.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun, İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədovanın iştirak etdiyi görüşdə qonaqlara Dövlət Komitəsinin müvafiq şöbələrinin fəaliyyəti və funksiyaları, həmçinin Komitə tərəfindən həyata keçirilən tədbirlər barədə danışılıb.

Layihənin yerli koordinatoru Alessandro Biançi Azərbaycanın tolerant mühitini yüksək qiymətləndirib və bu modelin dünyada yayılmasına ehtiyac olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi