​Dalğıc dünyasını dəyişib

​Dalğıc dünyasını dəyişib Hadisənin səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır
Cəmiyyət
16 Fevral , 2015 14:46
​Dalğıc dünyasını dəyişib

Bakı. 16 fevral. REPORT.AZ/ Fevarlın 15-də saat 17:00 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin 5-ci dərəcəli dalğıcı iş başında dünyasını dəyişib.

"Report"un Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, dalğıc 1976-cı il təvəllüdlü Kamil Əhmədağa oğlu Umudov “Bulla” yatağındakı 29 saylı özülün yaxınlığında “Şirvan-2” kran gəmisindən verilmiş burazı suyun 12 metr dərinliyində dik dayağa (boruya) bərkitmək üçün “Orion-4” dalğıc gəmisindən suya enib. Təxminən 5-10 dəqiqədən sonra gəmidəki sığortaedici dalğıc K.Umudovun şərti siqnala cavab vermədiyini görərək suya enib və onu suda huşsuz vəziyyətdə tapıb. K.Umudov gəmiyə çıxarılıb, ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi