Bərdədə YAP-ın 22 illiyi münasibətilə tədbir keçirilib

Bərdədə YAP-ın 22 illiyi münasibətilə tədbir keçirilib Tədbirdə YAP üzvülüyünə yeni qəbul olan bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib
Cəmiyyət
21 Noyabr , 2014 20:27
Bərdədə YAP-ın 22  illiyi münasibətilə tədbir keçirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 22 illiyinə həsr edilmiş tədbir keçirilib. "Report"un məlumatına görə, tədbirdə rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya mövzu ilə bağlı məruzə edib. YAP fəalı Sevinc Şirinova, YAP-ın yaradıcılarından Xanlar İsmayılov, YAP Gərənə ərazi ilk partiya təşkilat sədri Sarıtel Ələsgərova, Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış ediblər.

Tədbirdə YAP üzvülüyünə yeni qəbul olan bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirin sonunda iştirakçılar şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin YAP-ın yaradılmasının 22 illiyi ilə əlaqədar hazırladıqları kompozisiyaya tamaşa ediblər

Son xəbərlər

Orphus sistemi