Yuxarı

​Bərdədə Gənclər günü qeyd olunub

Tədbirdə gənclər fəxri diplom və qiymətli hədiyyələrlə təltif olunublar

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Gənclər və İdman İdarəsi və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına mərkəzdə Gənclər gününə həsr olunmuş bayram tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbirdə rayonun Təhsil müəssisələrindən, hüquq mühafizə orqanlarından, idarə və təşkilatlardan, YAP Bərdə rayon təşkilatından gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əzizov açaraq gəncləri rayon rəhbəri adından təbrik edib, təhsildə və işlərində uğurlar arzulayıb.

Sonra Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov məruzə ilə çıxış edib. Bərdə Dövlət İdarəetmə və Texnalogiya kollecinin tələbə gənclər təşkilatının sədri Sənan Təhməzzadə, Uşaq-gənclər idman məktəbinin futboll üzrə baş məşqçisi, Respublikanın əməkdar məşqçisi Şakir Cəfərov, N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi, dərs əlaçısı Nərmin Camalzadə, voleyboll üzrə Respublikanın əməkdar məşqçisi Arif Nəcəfov, Şahmat Uşaq-gənclər idman məktəbinin direktoru “Fəxri bədən tərbiyəsi və idman işçisi ” Əbülfət Məmmədov çıxış ediblər.

Gənclər günü ilə bağlı uşaqlar arasında keçirilmiş şahmat üzrə şəhər birinciliyi qalibləri, Brey-rinq üzrə yeniyetmələr arasında rayon çenpionatında ilk 3 yeri tutmuş komandalar, Dövlət Gənclər Siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsində göstərilən fəallığa görə Bərdə Dövlət İdarəetmə və Texnalogiya kollecinin metodisti, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev və fəal gənc Nəzakət Novruzova fəxri diplomlarla və qiymətli hədiyyələrlə təltif olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi