Yuxarı
    Bağlamaq

    ​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropa Parlamentində akkreditasiyadan keçib

    Mərkəz Avropa Parlamentində multikulturalizm, milli azlıq, miqrasiya və tolerantlıq siyasətlərinin formalaşmasında iştirak edəcək

    Bakı. 5 may. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Avropa Parlamentində akkreditasiyadan keçib.

    Bu barədə "Report"a BBMM-in mətbuat xidmətindən bildirilib.

    Avropa Parlamentinin “Şəffaflıq qeydiyyatı”ndan keçən BBMM artıq Avropanın siyasi mərkəzi hesab olunan Avropa Parlamentində multikulturalizm, milli azlıq, miqrasiya və tolerantlıq siyasətlərinin formalaşmasında yaxından iştirak edəcək, həmçinin Avropa Parlamenti daxilində parlamentarilərdən ibarət müxtəlif interqruplarla qarşılıqlı əməkdaşlıq edərək Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasətini ən ali səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

    Qeyd edək ki, BBMM-in 2015-2016-ci illərdə Almaniya, İtaliya, Portuqaliya, İsrail, Rusiya və Moldovada filial və nümayəndəlikləri fəaliyyətə başlayıb. Mərkəz dünyanın 13 məşhur universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə həm xaricdə, həm də ölkə daxilində nail olub. Digər tərəfdən, Azərbaycan multikulturalizm modeli müxtəlif formatlı tədbirlərlə dünya ictimaiyyətinə təqdim edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi