Azərbaycan hökuməti ​“Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib

Azərbaycan hökuməti ​“Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib Qərarı baş nazir Artur Rasizadə imzalayıb
Cəmiyyət
28 Oktyabr , 2014 09:21
Azərbaycan hökuməti ​“Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. “Report” xəbər verir ki, dəyişikliklə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlər qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

Qərar Azərbaycan Prezidentinin müvafiq fərmanının icrasını təmin etmək məqsədilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi