Yuxarı
    Bağlamaq

    Azərbaycanda maşınlara pərdə və jalüzlərin vurulması müddəti sabah bitir

    Qaydanı pozan sürücülər 150 manat cərimə olunacaqlar

    Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan ərazisində maşınlara pərdə və jalüzlərin vurulmasına verilən icazənin müddəti sabah başa çatır. "Report" xəbər verir ki, qadağalar bütün nəqliyyat vasitələrinə şamil olunur və buna məhəl qoymayan sürücülər 150 manat miqdarında cərimə olunacaqlar.

    Qeyd edək ki, hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə icazə verilir.

    2013-cü ilin aprel ayında vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilib.

    Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi