Nazirlər Kabinetindən Report-a verilən xəbərə görə, Milli Arxiv İdarəsinin kollegiyasının üzvləri müəyyənləşib.
Kollegiyanın üzvləri Milli Arxiv İdarəsi rəisinin müavini Əsgər Rəsulov, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov, Milli Arxiv İdarəsinin təşkilat - metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Milli Arxiv İdarəsinin komplektləşdirmə, İdarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov, Dövlət Arxivinin direktoru Emin Sərdarov, Dövlət Kino-foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlıdır.