Yuxarı
    Bağlamaq

    Azərbaycan hökuməti ​“Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib

    Qərarı baş nazir Artur Rasizadə imzalayıb

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. “Report” xəbər verir ki, dəyişikliklə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlər qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

    Qərar Azərbaycan Prezidentinin müvafiq fərmanının icrasını təmin etmək məqsədilə imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi