Yuxarı
    Bağlamaq

    Almaniyada “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans olacaq

    Tədbir mayın 10-11-də baş tutacaq

    Bakı. 26 aprel. REPORT.AZ/ Almaniyanın Auqsburq şəhərində mayın 10-11-də ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri -praktik konfrans keçiriləcək.

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

    Konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib.

    Məqsəd Azərbaycan multikulturalizmini hüquqi və siyasi müstəviyə qaldıran, eyni zamanda gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etmək, həm də Avropa, Asiya və Amerikada yaşayan Azərbaycanın Gənc Dostları Klubununüzvlərininvasitəsi ilə multikulturalizm, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün və barışın bərqərar olmasına töhfə verməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi