Ziyad Səmədzadə: "Reklam bazarında qanunvericilik ciddi şəkildə pozulur"

Ziyad Səmədzadə: "Reklam bazarında qanunvericilik ciddi şəkildə pozulur" Millət vəkili bu barədə rəhbərlik etdiyi komitənin iclasında danışıb
Biznes
19 Sentyabr , 2016 14:21
Ziyad Səmədzadə: Reklam bazarında qanunvericilik ciddi şəkildə pozulur

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanın reklam bazarında kreditlərlə bağlı qanunvericilik ciddi şəkildə pozulur. “Report”un verdiyi xəbərə görə, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə rəhbərlik etdiyi komitənin iclasında bildirib. 

İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə bu məsələnin araşdırılacağını qeyd edib.

Həmçinin R.Aslanlı kredit bürosunun kollektor kimi işləməsinin aktual olmasını vurğulayıb.

Qeyd edək ki, iclas Milli Məclisin payız sessiyası çərçivəsində keçirilib. İclasda 15 məsələ müzakirə olunub. 

İşlər planına Vergilər Məcəlləsinə, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında”, “Poçt haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” , “Kredit büroları haqqında”, “Aviasiya haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqatvergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqatvergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələri daxildir.  

Son xəbərlər

Orphus sistemi