2014-cü ildə ​dünyada qızıla olan tələbat azalıb

2014-cü ildə ​dünyada qızıla olan tələbat azalıb Zinət əşyaları tələbatın əsas komponenti olaraq qalır
Biznes
15 Fevral , 2015 23:59
2014-cü ildə ​dünyada qızıla olan tələbat azalıb

Bakı. 15 fevral. REPORT.AZ/ 2014-cü ildə qızıla olan tələbat fiziki ifadədə 2013-cü il ilə müqayisədə azalıb və 3 min 923,7 ton təşkil edib.

"Report" xəbər verir ki, bu barədə "World Gold Council"ın (WGC) hesabatında bildirilir.

Alıcılıq qabiliyyətinin 10% aşağı düşməsinə baxmayaraq zinət əşyaları tələbatın əsas komponenti olaraq qalır. 2014-cü ildə onlara tələbat 2 min 152,9 ton təşkil edib. Hindistan (223,2 ton) bu göstəricidə Çini (196,9 ton) qabaqlayaraq yenidən birinci yerə çıxıb.

Dünyada qızıla olan investisiya tələbatı 904,6 ton təşkil edib. Bu, 2013-cü ilə nisbətdə 2% çoxdur.

Mərkəzi banklar tərəfindən qızıl alışı 17% artaraq 477,2 tona çatıb. Alış həcminə görə Rusiya lider mövqedə qərarlaşıb. WGC-nin məlumatına görə, 2014-cü ildə Rusiyanın qızıl ehtiyatı 1 208,2 ton təşkil edib.

Sənaye sahəsində qızıla olan tələbat 40% azalaraq 389 tona düşüb. 

Son xəbərlər

Orphus sistemi