Zərdabda sahibkarlığa yeni başlayanlar üçün treninq keçirilib

Zərdabda sahibkarlığa yeni başlayanlar üçün treninq keçirilib Həmçinin Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün treninq təşkil olunub
Biznes
29 Sentyabr , 2015 19:57
Zərdabda sahibkarlığa yeni başlayanlar üçün treninq keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı ilə Zərdabda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Nazirlikdən “Report“a verilən məlumata görə, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Marketinq araşdırmalarının aparılması” mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, marketinq anlayışı, marketinqin növləri və prinsipləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Həmin gün Bakı Biznes Tədris Mərkəzi Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün treninq keçirilib.

“Biznes planların hazırlanması” mövzusunu əhatə edən treninqdə biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi, istehsalat planı barədə ətraflı məlumat verilib.

Bundan başqa, treninqlərdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, saytların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi