Yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib

Yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib Görüşdə sahibkarlara gömrük sistemindəki yeniliklər barədə məlumat verilib
Biznes
2 Avqust , 2017 09:44
Yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsində yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Bildirilib ki, görüşdə sahibkarlara gömrük sistemində yeniliklər barədə məlumat verilib. Bundan başqa, yükdaşımalar və loqistika xidmətləri üzrə gömrük nəzarəti qaydalarına dair məsələlə, o cümlədən istehlak mallarının istifadəçilərə çatdırılması mexanizminin, eləcə də gömrük nəzarətinin yüksək səviyyədə təşkili məqsədi ilə daşımaları həyata keçirən şirkətlər tərəfindən məlumatların vaxtında və əhatəli şəkildə təqdim edilməsi mexanizminin səmərəliliyinin daha da artırılması məsələsi müzakirə edilib. 

Görüş iştirakçıları arasında fikir mübadiləsi zamanı bu məsələlərin davamlı olaraq diqqətdə saxlanılmasının zəruriliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi