Yuxarı

​Aran iqtisadi rayonu üzrə müsabiqə elan edilib

Sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində baş tutacaq

Bakı. 2 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində təşkil edilən Biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə müsabiqə elan edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, məqsəd Aran iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.

Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunan işçi sahənin ayrılması və onlara aşağıdakı xidmətlərin göstərilməsinin təşkilini təmin etməkdir.
Müsabiqədə Aran iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcək. İştirak etmək istəyənlər sənədlərini Komissiyaya təqdim etməlidir. 

Qeyd edək ki, sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi