KOBİA: Yaxın vaxtlarda KOB İnkişaf Fondlarının nümunəvi əsasnaməsi təsdiqlənəcək

KOBİA: Yaxın vaxtlarda KOB İnkişaf Fondlarının nümunəvi əsasnaməsi təsdiqlənəcək “Hazırda KOB İnkişaf Fondlarının fəaliyyəti ilə bağlı sənədləri hazırlayırıq. Onların fəaliyyətini tənzimləyən nümunəvi əsasnamə yaxın bir ay ərzində təsdiqlənəcək”.
Biznes
25 İyun , 2019 18:08
KOBİA: Yaxın vaxtlarda KOB İnkişaf Fondlarının nümunəvi əsasnaməsi təsdiqlənəcək

“Hazırda KOB İnkişaf Fondlarının fəaliyyəti ilə bağlı sənədləri hazırlayırıq. Onların fəaliyyətini tənzimləyən nümunəvi əsasnamə yaxın bir ay ərzində təsdiqlənəcək”.

Bunu “Report”a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov bildirib.

N.Həsənov qeyd edib ki, fondların yaradılmasında məqsəd kiçik və orta biznesin inkişafı üçün alternativ maliyyə mənbələri ilə təmin etməkdir: “Fondların hansı formada və şərtlər əsasında yaradılması əsasnamədə öz əksini tapacaq. Nümunəvi əsasnamə İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənəcək”.

Xatırladaq ki, KOBİA ölkə Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə isə onun nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. 

Son xəbərlər

Orphus sistemi