Yanvarda ölkəyə 7 elektromobil gətirilib

Yanvarda ölkəyə 7 elektromobil gətirilib Bu ilin yanvar ayında Azərbaycana 7 ədəd elektromobil gətirilib.
Biznes
19 Fevral , 2020 17:01
Yanvarda ölkəyə 7 elektromobil gətirilib
Pexels.com

Bu ilin yanvar ayında Azərbaycana 7 ədəd elektromobil gətirilib. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, həmin avtomobillərin orta qiyməti 10 min manat, ümumi qiyməti isə 79,08 min ABŞ dolları təşkil edib. 

Həmçinin ay ərzində ölkəyə 659 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib ki, onların da ümumi dəyəri 3 510,49 min ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi