“Xudat Tikinti-16” ASC səhmlərini dövriyyədən çıxarır

“Xudat Tikinti-16” ASC səhmlərini dövriyyədən çıxarır Bu, müəssisənin MMC-yə çevrilməsi ilə əlaqədardır
Biznes
5 May , 2017 09:00
“Xudat Tikinti-16” ASC səhmlərini dövriyyədən çıxarır

Bakı. 5 may. REPORT.AZ/ Təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrilmiş “Xudat Tikinti-16” ASC səhmlərini dövriyyədən çıxarır.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilir.

Məlumatda deyilir ki, müəssisənin 19 800 manatlıq nizamnamə kapitalını təşkil edən, hər birinin nominal dəyəri 2 manat olan 9 900 ədəd sənədsiz, adi, adlı səhm dövriyyədən çıxarılır. Həmin qiymətli kağızlar müvafiq olaraq paylara çevriləcək.

Xatırladaq ki, “Xudat Tikinti-16” 2005-ci ildə yaradılıb, Xaçmaz rayonu, Xudat şəhəri, Axundov küçəsi, 1 ünvanında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi