Xorvatiya Azərbaycana gəmi sata bilər

Xorvatiya Azərbaycana gəmi sata bilər Xorvatiya ötən il Azərbaycana ixracı 14% artırıb
Biznes
25 Oktyabr , 2016 11:42
Xorvatiya Azərbaycana gəmi sata bilər

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ötən il Xorvatiyadan Azərbaycana ixrac 396 mln. ABŞ dolları civarında olub ki, bu da 2014-cü illə müqayisədə 14% çoxdur. "Report" xəbər verir ki, bunu Azərbaycan-Xorvatiya biznes-forumunda çıxış edən Xorvatiya İqtisadiyyat Palatasının prezidenti Luka Buriloviç deyib.

L.Buriloviçin sözlərinə görə, ötən il hər iki ölkə arasında idxal-ixrac əməliyyatları təxminən eyni həcmdə olub: "2015-ci ildə Xorvatiya Azərbaycandan 392 mln. dollarlıq məhsul idxal edib".

Xorvatiya İqtisadiyyat Palatasının vitse-prezidenti Zelimir Kramariç isə deyib ki, ölkəsi Azərbaycanla idxal-ixrac münasibətlərinə xüsusi önəm verir: "Bir sıra sahələrdə əməkdaşlıq üçün böyük imkanlar olduğunu gördük. Xüsusən də, Azərbaycana gəmilər ixrac edə bilərik".

Son xəbərlər

Orphus sistemi