Xidmətə yeni qəbul olunan əməkdaşların daha bir qrupu Bakı Baş Gömrük İdarəsində təcrübə keçib

Xidmətə yeni qəbul olunan əməkdaşların daha bir qrupu Bakı Baş Gömrük İdarəsində təcrübə keçib Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar üçün növbəti təcrübə proqramı təşkil olunub.
Biznes
17 May , 2019 15:24
Xidmətə yeni qəbul olunan əməkdaşların daha bir qrupu Bakı Baş Gömrük İdarəsində təcrübə keçib

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar üçün növbəti təcrübə proqramı təşkil olunub. 

"Report" bu barədə Komitəyə istinadən xəbər verir. 

Məlumata görə, xidməti fəaliyyətləri zamanı tələb olunan zəruri bilik və bacarıqların öyrədildiyi, peşə vərdişlərinin aşılandığı, təcrübəli və peşəkar əməkdaşların cəlb olunduğu təcrübə proqramında 20-dən çox gənc mütəxəssis iştirak edib.

Üç gün müddətində yeni əməkdaşlar gömrük qanunvericiliyinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, iş bölgüsü ilə tanış olmaqla yanaşı, təcrübəli mütəxəssislərlə birgə gömrükçülərin gün ərzində icra etdikləri sənədləri tərtib ediblər.

Daha sonra gənc gömrükçülər Abşeron, İpək-Yolu, Keşlə və Sahil gömrük postlarında olublar. Onlara malların boşaldılması prosesində gömrük nəzarətinin təşkili, malların Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilməsi, gömrük aktının tərtib olunması və digər əməliyyatların həyata keçirilməsi qaydaları öyrədilib. Həmçinin hüquqpozmalarla bağlı faktlarla əyani şəkildə tanış olmaq, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, sıra hazırlığı və digər zəruri mövzular üzrə qazandıqları nəzəri bilikləri tətbiq etmək imkanı da yaradılıb, gömrük rəsmiləşdirməsinin təfərrüatları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, xidmətə qəbul olunan yeni əməkdaşlar bundan əvvəl Komitənin Akademiyasında bir aylıq hazırlıq kursları keçiblər.

Son xəbərlər

Orphus sistemi