Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub.
Biznes
23 May , 2019 14:44
Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub.

Komitədən “Report”a verilən məlumata görə, hazırlıq təlimlərində akademiya heyətinin üzvləri və 37 dinləyici iştirak edib.

Dinləyicilər tədris planı və proqramına uyğun olaraq Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetirib, daha sonra təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla yaxından tanış olublar.

"9 MM Makarov" tipli tapançadan atış qaydalarını məşq edən dinləyicilər praktiki atış çalışmalarını icra ediblər.

Son xəbərlər

Orphus sistemi