“Xiaomi” şirkəti üç gündə xeyli qiymətdən düşüb

“Xiaomi” şirkəti üç gündə xeyli qiymətdən düşüb Bakı. 10 yanvar. REPORT.AZ/ Çinin “Xiaomi” elektron məhsullar şirkətinin səhmləri son üç gün ərzində 17 faizdən çox ucuzlaşıb.
Biznes
10 Yanvar , 2019 14:52
“Xiaomi” şirkəti üç gündə xeyli qiymətdən düşüb
0 : 00
0 : 00

Bakı. 10 yanvar. REPORT.AZ/ Çinin “Xiaomi” elektron məhsullar şirkətinin səhmləri son üç gün ərzində 17 faizdən çox ucuzlaşıb.

“Report” xəbər verir ki, bununla da şirkət 6,5 milyard ABŞ dolları məbləğində dəyərdən düşüb.

Üç gün əvvəl qeyri-birja satışları zamanı qiymətlərin düşməsi sərmayəçilərin “Xiaomi” səhmlərinin rəsmi birja satışlarına hazırlaşması olub. Ötən il iyul ayında şirkətlə bağlı İPO həyata keçirildikdən sonrakı 6 ay ərzində səhmlərinin birjada rəsmi satışı əngəllənmişdi. Ötən müddət ərzində “Xiaomi” səhmləri 58 faiz ucuzlaşıb.

Şirkətin kotlarının azalması smartfon bazarındakı vəziyyətin pisləşməsi, habelə rəqabətin güclənməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi