Yuxarı

Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bu gündən sahibkarlar investisiya layihələrini müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər

Bakı. 30 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, sahibkarlardan istixana, zeytunçuluq və üzümçülük (istixana şəratində) təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi