Yuxarı
    Bağlamaq

    “Xəzər-Lada” ötənilki mənfəətinin 20%-ni dividendlərin ödənilməsinə yönəldib

    Şirkətin səhmdarlarının bu il mayın 16-da keçirilmiş ənənəvi yığıncağının nəticələri açıqlanıb

    Bakı. 1 avqust. REPORT.AZ/ “Xəzər-Lada” ASC-nin səhmdarlarının bu il mayın 16-da keçirilmiş ənənəvi yığıncağının nəticələri açıqlanıb.

    Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

    Məlumata görə, yığıncaqda qərara alınıb ki, “Xəzər-Lada”nın ötən il əldə etdiyi 400 min manat məbləğində xalis mənfəətin 20%-i və yaxud 80 min manatı şirkətin səhmdarlarına divident kimi ödənilsin, 30%-i və yaxud 120 min manatı yığım fonduna, 50%-i və yaxud 200 min manatı isə istehlak fonduna yönəldilsin.

    İstehlak fonduna çatan vəsaitin bir hissəsinin isə “Xəzər-Lada”nın Müşahidə Şurası, İdarə Heyəti və Təşfiş Komissiyasının üzvlərinə mükafatlandırılması üçün istifadə edilməsinə qərar verilib.

    Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi