“Xəzər-Lada” ötən ili mənfəətlə başa vurub

“Xəzər-Lada” ötən ili mənfəətlə başa vurub Bakı. 5 iyun. REPORT.AZ/ “Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,796 mln. manat təşkil edib.“Report” şirkətin maliyyə hesabatına...
Biznes
5 İyun , 2017 14:30
“Xəzər-Lada” ötən ili mənfəətlə başa vurub

Bakı. 5 iyun. REPORT.AZ/ “Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,796 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,7% azdır.

2016-cı ildə “Xəzər-Lada”nın cəmi kapitalı 3,4% artaraq 9,285 mln. manat, cəmi öhdəlikləri isə 13,1% azalaraq 3,511 mln. manat olub.

Ötən il şirkətin gəlirləri 15,732 mln. manat (əvvəlki ilə nisbətən 38,2% az), xərcləri isə 15,232 mln. manat (38,9% az) təşkil edib. Son nəticədə kommersiya qurumunun vergiyəqədərki dəyişməyərək 500 min manat olub.

2016-cı ildə “Xəzər-Lada” 2015-ci ildə olduğu kimi 100 min manat mənfəət vergisi ödəyib və hesabat dövrünü 400 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20 manat olan 22 290 səhm əsasında formalaşıb.

Səhmlərin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi