"Xəzər-Lada"nın rəhbərliyi dəyişə bilər

"Xəzər-Lada"nın rəhbərliyi dəyişə bilər ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Biznes
13 Oktyabr , 2016 11:13
Xəzər-Ladanın rəhbərliyi dəyişə bilər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Noyabrın 17-də, saat 12:00-da "Xəzər-Lada" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Şirkətin Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi,16 ünvanındakı ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə müəssisəyə prezident və hesablayıcı komissiyanın seçilməsi daxildir.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20 manat olan 22 290 səhm əsasında formalaşıb.

Səhmlərin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi