“Xəzər İxtisaslaşdırılmış Nəqliyyat” səhmdarlarına hesabat verəcək

“Xəzər İxtisaslaşdırılmış Nəqliyyat” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
14 İyun , 2017 16:04
“Xəzər İxtisaslaşdırılmış Nəqliyyat” səhmdarlarına hesabat verəcək

Bakı. 14 iyun. REPORT.AZ/ İyulun 23-də “Xəzər İxtisaslaşdırılmış Nəqliyyat” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 20 ünvanında olacaq. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin idarəetmə orqanının 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatının dinlənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Xəzər İxtisaslaşdırılmış Nəqliyyat” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 102 080 manatdır. 

Son xəbərlər

Orphus sistemi