Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub

Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir.
Biznes
12 İyul , 2018 16:39
Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir.

Bu barədə “Report”a Gəmiçilikdən bildirilib.

“İrimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirmək, eyni zamanda əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi