Xəzər Dəniz Gəmiçiliyi tender keçirir

Xəzər Dəniz Gəmiçiliyi tender keçirir Şirkət bir sıra materiallar almaq niyyətindədir
Biznes
13 İyun , 2017 19:22
Xəzər Dəniz Gəmiçiliyi tender keçirir

Bakı. 13 iyun. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sumbata kağızı, itiləyici laqonda və dəzgah daşları, taxta materialları, polad tikişsiz borular, dirsəklər və keçidləri, kipləyici manjetlər, müxtəlif mal-materiallar, tökmə sahəsi üçün mallar, manometr və manovakuumetrlər, habelə müxtəlif qaz və məhlulların alınması məqsədilə açıq müsabiqə elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət iyunun 20-si saat 18.00-dəkdir.

Sənədlər Bakı şəhəri, M.Rəsulzadə küçəsi, 5 (012) 493-41-52) ünvanına təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi