Xaricilər bu ilin 8 ayında Türkiyə iqtisadiyyatına 7 mlrd. dollar pul qoyub

Xaricilər bu ilin 8 ayında Türkiyə iqtisadiyyatına 7 mlrd. dollar pul qoyub Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Türkiyə iqtisadiyyatına 7 mlrd. ABŞ dolları məbləğində xarici investisiya qoyulub.
Biznes
12 Oktyabr , 2018 15:02
Xaricilər bu ilin 8 ayında Türkiyə iqtisadiyyatına 7 mlrd. dollar pul qoyub

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Bu ilin yanvar-avqust aylarında Türkiyə iqtisadiyyatına 7 mlrd. ABŞ dolları məbləğində xarici investisiya qoyulub". 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının İnvestisiya məsələləri üzrə departamentinin rəhbəri Arda Ermut deyib.

Onun sözlərinə görə, bu rəqəm ötən illə müqayisədə, demək olar ki, dəyişməyib və sabitliyin olması hazırkı iqtisadi şərait baxımından çox vacib amildir. 

"Xarici investorlar Türkiyəyə etibar edirlər. Bu ilin sonunda onların birbaşa investisiyaları ötən ildəki qədər - təxminən, 11 mlrd. dollar təşkil etməlidir. Lakin mövcud potensial daha çox investisiya cəlb etməyə imkan verir" , - deyə Türkiyə rəsmisi qeyd edib. 

A.Ermutun sözlərinə görə, bu ilin IV rübündə və gələn ilin I yarısında Türkiyədə həyata keçirilən islahatların müsbət nəticələri hiss olunacaq: "2019-cu il Türkiyə üçün birbaşa investisiya baxımından çox məhsuldar olacaq".

Son xəbərlər

Orphus sistemi