Yuxarı

WSJ: “Boeing” işçilərinin 10%-ni ixtisar edəcək

WSJ: “Boeing” işçilərinin 10%-ni ixtisar edəcək

ABŞ-ın “Boeing” korporasiyası yeni növ koronavirus pandemiyası şəraitində işçi heyətinin 10%-ni ixtisar etməyi nəzərdən keçirir.

“Report”un məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb. 

Məlumata görə, bəzi işçilərin məcburi şəkildə işdən çıxarılması, habelə təzminat ödəməklə bağlanmış müqavilələrin vaxtından əvvəl ləğv edilməsi və bir sıra işçilərin vaxtından əvvəl təqaüdə göndərilməsi məsələləri nəzərə alınır. Son qərar hələlik qəbul edilməyib.

Xatırladaq ki, bir qədər əvvəl “Boeing” pandemiya fonunda yaranmış böhran səbəbindən səhmdarlarına dividendlərin ödənilməsini dayandırıb, həmçinin ABŞ-ın Pensilvaniya ştatındakı müəssisələrində istehsalına müvəqqəti fasilə verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi