Bakı. 26 mart. REPORT.AZ / Macarıstanın " Wizz Air Holdings Plc" loukoster aviaşirkəti daha bir ölkədə fəaliyyətinin dayandırır. "Report"un şirkətin rəsmi saytına istinadən verdiyi məlumatına görə, aprelin 20-dən etibarən "Wizz Air Ukraine" Ukraynada fəaliyyətinə son verir.
Məlumata görə, onu Ukraynadan Ukraynaya səkkiz reys həyata keçirəcək "Wizz Air Hungary" şirkəti əvəz edəcək. Belə ki, iyunun 4-də Kiyevdə bir " Airbus A320" təyyarəsinin yerləşəcəyi "Wizz"in bazası açılacaq. Hazırda Kiyevdə bazada saxlanılan ikinci " Airbus A320" Wizz Air-in Koşisadakı yeni bazasına keçiriləcək və iyunun əvvəlindən Milana və Şeffild -Donkasterə aviareyslər yerinə yetirəcək.
"Aviaparkın azaldıması istiqamətində işlərin davam etdirilməsi Şərqi Ukraynada davam edən qeyri-sabitlik, devalvasiya, yerli valyutanın sabitliyinin pozulması və valyuta məzənnəsinə nəzarət təsiri ilə bağlıdır. "Wizz Air Hungary" bu faktorların təsirini azaltmağa çalışacaq və "Wizz Air"in Ukrayna bazarında əsas aviaşirkətlərindən biri olmağa çalışacaq. Ukrayna bazarında vəziyyət yaxşılaşacağı təqdirdə, aviaşirkət fəaliyyətinin genişlənməsinə hazır olacaq", - deyə məlumatda deyilir.
Qeyd edək ki, şirkət bu yaxınlarda Azərbaycandan həyata keçirdiyi uçuşları da ləvğ edib və fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırıb.