Yuxarı
    Bağlamaq

    Vüsal Qasımlı: "Hər həftə azexport.az portalı vasitəsilə 10 mln. dollar civarında ixrac sifarişləri alırıq”

    İcraçı direktor bunu Azərbaycan məhsullarına xarici bazarlada tələbatın olması ilə əlaqələndirib

    Bakı. 24 fevral. REPORT.AZ/ “Hər həftə azexport.az portalı vasitəsi ilə 10 mln. ABŞ dolları civarında ixrac sifarişləri alırıq”. 

    “Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

    İcraçı direktor bunu Azərbaycan məhsullarına xarici bazarlada tələbatın olması ilə əlaqələndirib.

    V.Qasımlının sözlərinə görə, təmsil etdiyi qurum 4 dildə icmal hazırlayacaq: "Gələn həftədən etibarən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 4 dildə iqtisadi islahat icmalını hazırlayıb yayacağıq. Bu icmal imkan verəcək ki, müxtəlif məlumatları təkcə yerli ictimaiyyətə deyil, müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə də çatdıraq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi