"Volvo" və “Peugeot” sonra İtalyan “Pirelli” markası da Çinli olur

"Volvo" və “Peugeot” sonra İtalyan “Pirelli” markası da Çinli olur Təklif qəbul edildiyi təqdirdə, “Pirelli” üçün Çinli şirkətin büdcəsindən təxminən 7.7 mlrd. dollar çıxacaq
Biznes
24 Mart , 2015 11:54
Volvo və “Peugeot” sonra İtalyan “Pirelli” markası da Çinli olur

Bakı. 24 mart. REPORT.AZ/ Avtomobil nəhənglərindən olan İsveçin “Volvo” və ardından Fransanın “Peugeot”u tərkibinə qatan Çinli firmalar bu dəfə avtomobil şinləri satışı ilə məşğul olan nəhəng İtalyan markası “Pirelli”ni özəlləşdirməyə başlayıblar.

“Report” Çin mətbuatına istinadən xəbər verir ki, son üç ildəki ən böyük şirkət ovuna hazırlaşan Çin Milli Kimya Şirkəti dünyanın ən böyük beşinci şin istehsalçısı “Pirelli”ni satın alır. “ChemChina” olaraq bilinən Çin Milli Kimya Şirkətinin “Pirelli”də 26% paya sahib “Camfin” şirkətinin hissələrini almaq üçün razılaşdığı bildirilib. Çin mətbuatında yer alan xəbərlərə görə, söz mövzusu pay üçün 1.9 mlrd. dollar ayıran “ChemChina”, nəhəng şin istehsalçısının qalan bütün hissələrini satın almaq üçün hər paya görə 15 avro təklif edib. Təklif qəbul edildiyi təqdirdə, “Pirelli” üçün Çinli şirkətin büdcəsindən təxminən 7.7 mlrd. dollar çıxacaq.

Son xəbərlər

Orphus sistemi