Volqoqrad vilayəti Azərbaycana plastik boru tədarükü təklif edəcək

Volqoqrad vilayəti Azərbaycana plastik boru tədarükü təklif edəcək Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində yerləşən müəssisəsilər yaxın vaxtlarda Azərbaycan və İrana ixrac edilməsi planlaşdırılan yeni plastik boru istehsalına başlayacaq.
Biznes
14 Yanvar , 2019 12:20
Volqoqrad vilayəti Azərbaycana plastik boru tədarükü təklif edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində yerləşən müəssisəsilər yaxın vaxtlarda Azərbaycan və İrana ixrac edilməsi planlaşdırılan yeni plastik boru istehsalına başlayacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçaryov Voljskidəki müəssisələrə işgüzar səfəri zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Voljskidə hazırlanmış borular, quyular və su anbarları qonşu regionlara - Kalmıkiya, Həştərxan, Saratov, Samara, Voronej bilayətlərinə satılır, amma yeni istehsal xəttinin işə salınması ilə məhsulları xarici tərəfdaşlara, o cümlədən Azərbaycan və İrana da təklif etmək olar.

Qubernator qeyd edib ki, müəssisələrə yatırılan investisiyaların ümumi həcmi 650 milyon rubdan (təxminən, 16,5 milyon manat) çox olacaq.

Son xəbərlər

Orphus sistemi