"​Volkswagen" 117 min Passat markalı avtomobilini geri çağırıb

"​Volkswagen" 117 min Passat markalı avtomobilini geri çağırıb Avtomobillərin mərkəzi elektron sitemində problem aşkarlanıb
Biznes
24 Mart , 2016 11:46
​Volkswagen 117 min Passat markalı avtomobilini geri çağırıb

Bakı. 24 mart. REPORT.AZ/ "Volkswagen" şirkəti 117 min avtomobilini geri çağırıb. "Report"un məlumatına görə, buna səbəb 2014 və 2015-ci il buraxılışlı "Passat" markalı avtomobillərdə mərkəzi elektron xətasının olmasıdır.

Mərkəzi elektron sistemində olan xəta nəticəsində avtomobilin mühərriki dayana və əyləc sistemində problem yarana bilər.

Bundan başqa şirkətin tərkibində olan "Skoda Superb" markalı 25 min avtomobildə də eyni problem yaşanır. Həmin avtomobillərin sahiblərinə məktub yazılaraq servis mərkəzlərinə müraciət etmələri bildiriləcək.

Son xəbərlər

Orphus sistemi