Ekspert: "Azərbaycanda vətəndaş cəmiyyəti ilə biznesin qarşılıqlı əməkdaşlığı üçün platforma yaradılmalıdır"

Ekspert: "Azərbaycanda vətəndaş cəmiyyəti ilə biznesin qarşılıqlı əməkdaşlığı üçün platforma yaradılmalıdır" Vətəndaş cəmiyyəti ilə biznesin qarşılıqlı əməkdaşlığı üçün platforma yaradılmalıdır.
Biznes
20 May , 2019 11:35
Ekspert: Azərbaycanda vətəndaş cəmiyyəti ilə biznesin qarşılıqlı əməkdaşlığı üçün platforma yaradılmalıdır

"Vətəndaş cəmiyyəti ilə biznesin qarşılıqlı əməkdaşlığı üçün platforma yaradılmalıdır". 

"Report" xəbər verir ki, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bu gün Bakıda keçirilən "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda forumda bildirib. 

Onun sözlərinə görə, kiçik və orta biznesin aktivliyinin təmin etmək üçün vətəndaş cəmiyyəti fəal olmalıdır: "Vətəndaş cəmiyyəti biznesdə az iştirak edir. Bu istiqamətdə platforma yaradılmalıdır". 

Xatırladaq ki, bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə "İctimai şuraların rolu mövzusunda" mövzusunda forum keçirilir. Şurada 15 qeyri hökumət təşkilatı təmsil olunur.

Son xəbərlər

Orphus sistemi