​Vergilər Nazirliyinin Vergi cinayətlərinin araşdırılması Departamentinə yeni rəis təyin olunub

​Vergilər Nazirliyinin Vergi cinayətlərinin araşdırılması Departamentinə yeni rəis təyin olunub Digər əmrlə nazirliyin xüsusi işlər üzrə bölməsi nazirin birbaşa kuratorluğuna keçib
Biznes
8 Fevral , 2016 14:04
​Vergilər Nazirliyinin Vergi cinayətlərinin araşdırılması Departamentinə yeni rəis təyin olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. "Report" xəbər verir ki, vergilər naziri Fazil Məmmədovun əmri ilə ədliyyə müşaviri Vüqar İsmət oğlu İsmayılov Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə rəis təyin edilib.

Qeyd edək ki, adıçəkilən departamentin əvvəlki rəisi Zeynalabdin Məmmədzadə nazirin ötən həftə imzaladığı əmrlə Hüquq Baş İdarəsinin rəisi təyin olunub.

F.Məmmədovun digər əmri ilə nazirliyin xüsusi işlər üzrə bölməsi nazirin birbaşa kuratorluğuna keçirilib.

Qeyd edək ki, günün birinci yarısında vergilər nazirinin imzaladığı digər əmrə əsasən, F.Məmmədov Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları və proqram təminatı şöbəsinə nəzarət edəcək.

Son xəbərlər

Orphus sistemi